Bank Of Baku

Güclü külək nəticəsində Azərbaycanın cənub rayonlarının enerji sistemində yaranmış problemlər tam aradan qaldırılıb

Güclü külək nəticəsində Azərbaycanın cənub rayonlarının enerji sistemində yaranmış problemlər tam aradan qaldırılıb
# 13 yanvar 2010 11:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yanvarın əvvəllərində güclü külək nəticəsində Azərbaycanın cənub rayonlarının enerji sistemində yaranmış problemlər tam aradan qaldırılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, ilk günlərdə Astara, Yardımlı və Lerik rayon mərkəzlərinə və bir sıra kəndlərə elektrik enerjisinin verilişi bərpa olunsa da, hava şəraitinin qeyri-münasib keçməsi təmir-bərpa işlərinin sürətlə aparılmasına maneə törədib. Lakin ötən iki həftə ərzində təbii fəlakətin vurduğu ziyanın həcminin olduqca böyük olmasına baxmayaraq, adıçəkilən rayonlarda enerjinin verilişi tamamilə bərpa edilib.

Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün bölgəyə xeyli miqdarda dayaq, transformator, naqil, SİP kabel, izolyator, dəmir-beton diblik və digər materiallar, maşın-mexanizm və əlavə təmir briqadaları göndərilib. Hazırda bölgədə əlavə mal-material ehtiyatı yaradılıb. Təbii fəlakətin fəsadlarının aradan qaldırıldığı dövr ərzində bölgədəki həyat əhəmiyyətli obyektlərin enerji ilə təchiz edilməsi məqsədilə əraziyə xeyli sayda generatorlar da göndərilib.

Qeyd edək ki, yanvarın ilk günlərində cənub bölgəsində küləyin sürəti son 50 ildə maksimal səviyyəni - 45-50 metr/saniyə təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR