Bank Of Baku

Mozdok-Qazıməmməd qaz kəmərində baş vermiş partlayışla əlaqədar Dağıstanın bəzi ərazilərinin qaz təchizatını Azərbaycan üzərinə götürüb

Mozdok-Qazıməmməd qaz kəmərində baş vermiş partlayışla əlaqədar Dağıstanın bəzi ərazilərinin qaz təchizatını Azərbaycan üzərinə götürüb
# 13 yanvar 2010 13:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mozdok-Qazıməmməd qaz kəmərinin Rusiya ərazisindən keçən hissəsində baş vermiş partlayışla əlaqədar Dağıstanın bəzi ərazilərinin qaz təchizatı Azərbaycanın hesabına həyata keçirilir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, hazırda Dağıstanın Dərbənd regionunun qaz təchizatı Azərbaycanın hesabına həyata keçirilir: «Rusiya Azərbaycandan qaz idxalı ilə eyni zamanda bu bölgənin qaz təchizatında etibarlılıq yaratdı».

Qeyd edək ki, yanvarın 12-də Mozdok-Qazıməmməd magistral qaz xəttinin Dərbənd rayonundan keçən hissəsində partlayış baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR