Bank Of Baku

Rusiya Atom Elektrik Stansiyasının tikintisində Türkiyəyə yardım edəcək

Rusiya Atom Elektrik Stansiyasının tikintisində Türkiyəyə yardım edəcək
# 14 yanvar 2010 07:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Rusiya Türkiyədə ilk dəfə inşa olunacaq Atom Elektrik Stansiyasının tikintisində Türkiyəyə yardım edəcək.

«APA-Economics»in Rusiyanın RBK saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında AES-in inşasına dair əməkdaşlıq əldə olunub və müvafiq sənəd imzalanıb.

Türkiyədə inşa olunacaq AES birbaşa müqavilələr əsasında deyil, hökumətlərarası sazişlər çərçivəsində tikiləcək. Aralıq dənizi yaxınlığındakı Mersin limanında tikiləcək AES-dən başqa, daha bir stansiya Türkiyənin şimalında – Sinop şəhərində inşa olunacaq və hər iki stansiyaların tikintisinə dair tender 2010-cu ilin əvvəlində elan olunacaq. Tenderdə Rusiya şirkətləri ilə yanaşı, Türkiyənin «Akenerji» şirkətinin də iştirak edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR