Bank Of Baku

Bakı şəhər Qaz İstismarı İdarəsi təbii qazdan istifadə edən qeyri-əhali abonentlərlə müqavilə bağlamağa başlayıb

Bakı şəhər Qaz İstismarı İdarəsi təbii qazdan istifadə edən qeyri-əhali abonentlərlə müqavilə bağlamağa başlayıb
# 14 yanvar 2010 07:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İB-nin Bakı şəhər Qaz İstismarı İdarəsi Bakı şəhərində təbii qazdan istifadə edən qeyri-əhali abonentlərlə “Təbii qazdan istifadə, istismar və ödəniş qaydaları haqqında” müqavilə bağlayır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Ötən ilin oktyabrından başlayaraq artıq qeyri-əhali abonentləri ilə ümumilikdə 1 419 belə müqavilə bağlanıb. Bu müqavilələrin 145-i Sabunçu rayonu, 126-sı Binəqədi, 463-ü Xətai, 190-ı Nəsimi, 157-si Qaradağ, 103-ü Nizami, 100-ü Nərimanov, 93-ü Suraxanı, 42-si isə Əzizbəyov rayonlarını əhatə edir.

Hazırda qeyri-əhali qrupuna aid abunəçilərlə müqavilələrin bağlanması prosesi davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR