Bank Of Baku

Mozdok-Qazıməmməd qaz kəməri bərpa olunub

Mozdok-Qazıməmməd qaz kəməri bərpa olunub
# 14 yanvar 2010 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dağıstan ərazisində yanvarın 12-də partladılmış Mozdok-Qazıməmməd qaz kəmərində bərpa işləri başa çatdırılıb.

«APA-Economics»in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, kəmər üzərində qaynaq işləri səhər saat 04:00-da artıq başa çatdırılıb ki, bərpa zamanı 21 metr uzunluğunda boru dəyişdirilib. Əhalinin qazla təchizatının isə yaxın vaxtlarda bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 12-də saat 20:00 radələrində naməlum şəxslər magistral qaz kəmərinin 496-cı kilometrliyində partlayıcı qurğunu işə salıblar. Nəticədə Mozdok-Qazıməmməd kəməri qismən sıradan çıxıb və Dağıstanın 4 rayonu, 2 şəhəri «mavi yanacaq»sız qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR