Bank Of Baku

AİB Azərbaycanda «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»nin büdcəsindən 8 mln. dollar xərcləyib

AİB Azərbaycanda «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»nin büdcəsindən 8 mln. dollar xərcləyib
# 14 yanvar 2010 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin əvvəlinə Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda icra etdiyi «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»nin (Power Transmission Enhancement Project) ümumi büdcəsinin 5%-ni istifadə edib.

AİB-dən «APA-Economics»ə verilən məlumata görə, layihənin icrası üçün AİB tərəfindən ayrılan vəsaitin ümumi həcmi 160 mln. ABŞ dolları təşkil edir ki, bunun da artıq 8 mln. dolları (5%-i) istifadə olunub.

Qeyd edək ki, 25 il müddətinə ayrılan bu uzunmüddətli kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək.

Kreditin məbləği 160 mln. ABŞ dolları təşkil edir. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək.

Ümumilikdə layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək.

Qeyd edək ki, layihənin ümumi dəyəri 240 mln. dollar məbləğində qiymətləndirilir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR