Bank Of Baku

Akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə «İki Sahil» qəzetinin xüsusi buraxılışı nəşr olunub

Akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə «İki Sahil» qəzetinin xüsusi buraxılışı nəşr olunub
# 14 yanvar 2010 13:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «İki Sahil» qəzetinin Azərbaycan neft sənayesinin tanınmış alimlərindən biri, əməkdar mühəndis, SSRİ-nin fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə xüsusi buraxılışı nəşr olunub. Bu barədə «APA-Economics»ə «İki sahil» qəzetinin redaksiyasından məlumat verilib.

Rəngli, illüstrativ materiallardan istifadə olunan 40 səhifəlik xüsusi buraxılış X.Yusifzadənin «Hələ ki yaşayır, çalışır, düşünür, sözümu deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: - Biz əlimizdən gələni, bacardığımızı etdik. Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!» fikri ilə başlayıb.

Sonrakı səhifələrdə X.Yusifzadənin neft sənayesində keçdiyi həyat yolu, sevimli neftçi peşəsi, həmkarları, doğmaları, dostları haqqında fikirlər öz əksini tapıb. Ayrı-ayrı illərdə rastlaşdığı təsadüflərin X.Yusifzadəyə qazandırdığı uğurlar xüsusi buraxılışda diqqətə çatdırılıb. «Neft Daşları sınaq meydanıdır» yazısında möcüzələr adasının onun həyatında oynadığı rol ətraflı şərh olunub.

Azərbaycanın ali mükafatları - «İstiqlal», «Şərəf» və «Şöhrət» ordenləri ilə təltif olunması, 80 illik yubileyinin keçirilməsi haqqında prezident İlham Əliyevin sərəncamı da xüsusi buraxılışın səhifələrində yer alıb.

Qeyd edək ki, X.Yusifzadə 1994-cü ildən Dövlət Neft Şirkətinin vitse-prezidenti, 2004-cü ildən birinci vitse-prezidentidir. Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi və bilavasitə iştirakı ilə 20 neft və qaz kondensat yatağı - «Bahar», «Günəşli», «Azəri», «Çıraq», «Kəpəz» və digər yataqlar kəşf olunub. X.Yusifzadə 1961-ci ildə namizədlik, 1987-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə edib, 170-dək elmi məqalənin, 17 monoqrafiyanın, 6 ixtiranın müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR