Bank Of Baku

Batumi Enerji Konfransı başa çatıb

Batumi Enerji Konfransı başa çatıb
# 14 yanvar 2010 15:30 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda keçirilən Batumi Enerji Konfransı başa çatıb.

APA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, konfransda Azərbaycanın baş naziri Artur Rasizadə çıxış edərək, iştirakçılara Azərbaycan prezidenti adından xoş arzularını bildirib.

A.Rasizadə çıxışında Azərbaycanın böyük neft və qaz potensialının olduğunu, həmçinin etibarlı tərəfdaşlarla əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, 11 ölkənin nümayəndə heyətinin qatıldığı konfransda alternativ enerji daşıyıcılarının Avropaya nəqlinin genişləndirilməsi barədə bəyannamə qəbul olunub. Bəyannamə iştirakçı dövlətlərin nümayəndələri tərəfindən dəstəklənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR