Bank Of Baku

Binəqədi rayonunun qazı kəsiləcək

Binəqədi rayonunun qazı kəsiləcək
# 15 yanvar 2010 06:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycand Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Bakı dairəvi avtomobil yolunun kommunikasiya xətlərinin köçürülməsi ilə əlaqədar olaraq, bu gün saat 09:00-dan etibarən «Alatava» QPS-dən qidalanan Binəqədi rayonunun böyük bir ərazisini təbii qazla təmin edən 500 mm-lik «9-cu mikrorayon – Binəqədi BQDPM» orta təzyiqli qaz kəmərində təchizat dayandırılacaq.

İş görülən müddətdə Binəqədi rayonunun 9-cu, 8-ci, 7-ci mikrorayonlarında, Vorovski qəsəbəsində və M.Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz təchizatında müvəqqəti məhdudiyyətlər olacaq. İşlər yekunlaşdıqdan sonra qeyd olunan ərazilərin qaz təchizatı bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR