Bank Of Baku

Ötən ay Sumqayıtda əhali istehlak etdiyi elektrik enerjisinin dəyərini 93% ödəyib

Ötən ay Sumqayıtda əhali istehlak etdiyi elektrik enerjisinin dəyərini 93% ödəyib
# 15 yanvar 2010 08:02 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanın Sumqayıt şəhərində güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 92,58% təşkil edib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Dekabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 889,09 min manat dəyərində, 14 818,15 min kVt/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 823,13 min manat dəyərində ödəniş olub ki, bu da 92,58% deməkdir.

Qeyd edək ki, hazırda əhalisinin sayına görə Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıtda güzəştsiz əhali kateqoriyası üzrə 78 538 nəfər abonent var. Şəhər üzrə ümumilikdə 74 728 ədəd elektrik sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR