Bank Of Baku

Ötən il əhali abonentləri tərəfindən qaz sayğaclarına 737 müdaxilə faktı qeydə alınıb

Ötən il əhali abonentləri tərəfindən qaz sayğaclarına 737 müdaxilə faktı qeydə alınıb
# 15 yanvar 2010 12:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İB-nin Bakı şəhəri Qaz İstismarı İdarəsi 2009-cu il ərzində abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə müxtəlif tədbirlər həyata keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İdarə tərəfindən ötən il yerli iqtisad məhkəmələrinə sənaye obyektləri üzrə istifadə olunmuş təbii qaza görə yaranmış debitor borcların tələb olunmasına dair ümumilikdə 24 iddia ərizəsi ilə müraciətlər edilib. Eləcə də əhali abonentləri tərəfindən 737 sayğaca müdaxilə, 14 661 sayğacdan kənar əlavə xəttin çəkilməsi və təbii qazdan digər qeyri-qanuni istifadə hallarına dair 3 903 fakt aşkar edilərək müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Aşkar edilmiş qanunsuzluqlar zamanı Bakı şəhəri Qaz İstismar İdarəsinə dəymiş ziyan hesablanaraq ödənilib.

Hesabat ilində həmçinin qaz kəmərlərinin mühafizə zolaqlarında inşa edilmiş tikililərin sökülməsi barədə yerli məhkəmələrdə 103 iddia qaldırılıb. Bunlardan 47-si tam təmin olunub, digər işlər isə məhkəmə icraatındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR