Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ötən il 71 quyu qazıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il 71 quyu qazıb
# 15 yanvar 2010 14:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Tresti 2009-cu ildə 147 848 metr qazma işi həyata keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Trest hesabat ilində proqnoza 0,3% artıqlaması ilə əməl edib və 71 quyu qazılaraq təhvil verilib.

Yüksək hasilatlı bu neft və qaz quyuları əsasən «Günəşli», «Neft Daşları», «Qum dəniz», «Cəfərli» və digər yataqların payına düşüb. Ötən il ümumilikdə 73 quyuda qazma işlərinə başlanıb ki, bunlardan da 8-i qaz, qalanı isə neft quyusu olub.

Qeyd edək ki, Trest hazırda 21 quyuda qazma işlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR