Bank Of Baku

Azərbaycanın neft hasilatı üzrə proqnozu azaldılıb

Azərbaycanın neft hasilatı üzrə proqnozu azaldılıb
# 16 yanvar 2010 16:05 (UTC +04:00)
APA-Economics-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, BEA öz proqnozunda 2008-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda baş vermiş qəzadan sonra ölkənin neft hasilatında artım tempinin 2010-cu ildə əvvəl proqnozlaşdırılan səviyyəyə çatmayacağı ehtimalını nəzərə alıb.

"2010-cu ildə yenə də Azərbaycanda neft hasilatının əvvəlki ilə nisbətən artacağı gözlənilir, amma 2008-ci ildəki qəzadan əvvəlki kəskin artım tempinin bərpa olunmaması ehtimalı var. Belə ki, ötən ilki gündəlik 1,1 mln. barel həcm ilə müqayisədə, bu il Azərbaycanda gündə 1,2 mln. barel neft hasil olunacağı proqnozlaşdırılır. Bu isə nəticədə qeyri-OPEK ölkələrinin 2010-cu il üzrə əvvəl proqnozlaşdırılan həcmdən daha az neft çıxaracağını gözləməyə əsas verir".

Beynəlxalq agentliyin gözləntilərinə görə, Azərbaycan da daxil olmaqla dünyada neftə olan təlabatın 60%-ni ödəyən qeyri-OPEK ölkələri 2010-cu ildə ümumilikdə gündə 51,5 mln. barel və ya əvvəl proqnozlaşdırılan həddən 150 min barel az neft hasil edəcəklər. Bunu kompensasiya etmək üçün OPEK ölkələrinin hasilatı təxminən 200 min barel artıracağı gözlənilir.

Qeyd edək ki, 2008-ci ilin sentyabr ayında «Mərkəzi Azəri» və «Qərbi-Azəri» hasilat platformalarında qaz sızması aşkar edildikdən sonra “Azəri-Çıraq-Günəşli” blokunda hasilat məhdudlaşdırılıb. Yaranan problem sonralar aradan qaldırılsa da, hasilatın artım tempi aşağı düşüb.

“Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində bp (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR