Bank Of Baku

«Petkim» şirkəti neftayırma zavodunun inşası üçün hazırlıq işlərini tamamlayır

«Petkim» şirkəti neftayırma zavodunun inşası üçün hazırlıq işlərini tamamlayır
# 18 yanvar 2010 08:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «SOCAR/Turcas» Azərbaycan-Türkiyə şirkətlər alyansı «Petkim» şirkətinin İzmir şəhərinin Aliağa qəsəbəsi ərazisində neftayırma zavodunun inşası üçün lazımi prosedurları tamamlayıb. «APA-Economics»in məlumatına görə, bunu Türkiyədə nəşr olunan «Zaman» qəzetinə müsahibəsində «SOCAR & Turcas Energy» müştərək şirkəti İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib.

K.Yavuz neftayırma zavodunun inşasına sərmayənin yatırılması üçün lazımi proseduraları tamamladıqlarını, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Hesabatı aldıqlarını qeyd edib. Bu il mühəndislik işlərinin icra ediləcəyini qeyd edən K.Yavuz, ildə 10 mln. ton emal etmək qabiliyyətinə malik olacaq neftayırma zavoduna təxminən 4-5 mlrd. ABŞ dolları həcmində investisiya yatırılacağını vurğulayıb.

«Zavodu 2014-cü ildə, mümkün olsa daha tez inşa edib istifadəyə verməyi planlaşdırırıq. Neftayırma zavodunda ən az 1500-2000 şəxs işlə təmin olunacaq», - deyə K.Yavuz vurğulayıb.

K.Yavuz neftayırma zavodunda emal ediləcək neftin Azərbaycan və İrandan alınacağını qeyd edib.

Şirkət nümayəndəsi bildirib ki, «Petkim» maliyyə böhranında ziyan çəkməyib, əksinə ixracatı artırıb.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək, «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR