Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yeni qazqurutma qurğusunu istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti yeni qazqurutma qurğusunu istismara verib
# 18 yanvar 2010 09:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) struktruna daxil olan və Azərbaycanın ən böyük qaz təchizatçısı sayılan «Nərimanovneft» Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) gündəlik məhsuldarlığı 1,5 mln. kubmetr təşkil edən qazqurutma qurğusu istismara daxil edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dfn məlumat verilib.

Qurğunun təyinatı - standartlara uyğun olaraq yüksək keyfiyyətli qazın hazırlanması və «Azəriqaz» İB-yə məxsus magistral qaz kəmərləri sisteminə ötürülməsidir. Qazqurutma qurğusu sutkada 1 mln. kubmetr məhsuldarlıqla işə salınıb.

Şirkətdən bildirilib ki, ARDNŞ-in müstəqil işlədiyi yataqlardan hasil olunan təbii qazın (həmçinin səmt qazının) ilkin təmizləmə prosesi mədənlərdəki qurğularda həyata keçirilir. Dəniz özüllərində hasil olunan qaz sahilə çatdırılana qədər və sahildə bir neçə mərhələdə təmizlənmədən keçir. Özüllərdə çıxarılan qaz əvvəlcə separasiya qurğularında mayedən və mexaniki qarışıqdan ayrılır, oradan qaz-kompressor stansiyasına ötürülür. Lakin bu prosesdən sonra bir qayda olaraq, qazın hər kubmetrində təxminən 3-5 qram su qalır və sonrakı nəql prosesində su məhlulu hidrata çevrilərək borunun divarlarına yapışır. Yeni qurğu da bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulub. Yeni qurğu magistral nəql sisteminə birləşdirilib, elektron ölçü cihazı, avtomatlaşdırılmış idarəetmə, yanğınsöndürmə və nəzarət sistemləri ilə təchiz olunub. Qurğuda qazın qurudulması üçün istifadə edilən dietilen-qlükol kontaktoru Sumqayıtda istehsal olunur.

Qeyd edək ki, «Nərimanovneft» NQÇİ-nin mədənlərindən hər gün 1,3 mln. ton təbii qaz hasil edilir. Hesablamalara görə, «8 Mart», «Bulla Dəniz» qaz-kondensat yataqlarında qazılmaqda olan quyular istismara verildikdən sonra bu həcm iki dəfəyədək artırıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR