Bank Of Baku

Azərbaycanda yod istehsalı 400 tona çatdırılacaq - FOTOSESSİYA

Azərbaycanda yod istehsalı 400 tona çatdırılacaq - <font color=red>FOTOSESSİYA</font>
# 18 yanvar 2010 09:59 (UTC +04:00)
Neftçala. Əlibәy Zeynallı-APA. Azərbaycanda yod istehsalı 400 tona çatdırılacaq. Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala “Azəryod” MMC-nin icraçı direktoru Aydın Abdullayev bildirib. Onun sözlərinə görə, zavod hal-hazırda tam gücü ilə işləmədiyindən illik yod hasilatı 160 tona yaxındır. Zavodun bu yaxınlarda üçüncü növbəsinin tikintisinə başlanılacaq. Bunun üçün zavoda Ukraynadan avadanlıqların bir qismi gətirilib. Tikinti işlərinə yazda start veriləcək. Tikinti başa çatdıqdan və köhnə quyular bərpa olunduqdan sonra zavodun illik yod istehsalı 400 tona çatdırılacaq. Bundan sonra Azərbaycan dünya üzrə Çili (12,5 min ton), Yaponiya (7-8 min ton) və ABŞ (1,5 min ton) kimi yod istehsalçılarından sonra dördüncü yerə çıxacaq. Hal-hazırda zavodda dərinlikdalma nasoslarının istehsalına da başlanılıb. Bu nasoslar həm zavodun və həm də neftçıxarma müəssisələrinin ehtiyaclarını ödəyəcək.

Qeyd edək ki, Neftçala rayonunda yod istehsalına 1931-ci ildə başlanıb. 1991-ci ildən yod-brom zavodunun fəaliyyəti dayanıb. 2006-cı ilin mart ayından başlayaraq Neftçala rayonunda yerləşən Azərbaycanın ən iri yod zavodunun yenidən qurulması və bərpası prosesinə başlanılıb. Bunun üçün ABŞ-dan mütəxəssislər dəvət olunub, yeni avadanlıqlar alınıb və 23 avqust 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyev iştirakı ilə “Azər-Yod” zavodunun açılışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR