Bank Of Baku

Avropa İttifaqı «Sarmatiya» konsorsiumuna vəsait ayıracaq

Avropa İttifaqı «Sarmatiya» konsorsiumuna vəsait ayıracaq
# 18 yanvar 2010 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev, Laçın Sultanova – APA-Economics. Odessa-Brodı-Plotsk neft boru kəmərinin tikintisi layihəsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış «Sarmatiya» konsorsiumu Avropa İttifaqından maliyyə dəstəyi ala bilər. «APA-Economics»in məlumatına görə, konsorsium səhmdarlarının yanvarın 20-də keçiriləcək yığıncağında şirkətin nizamnamə kapitalının daha 400 mln. avro artırılması məsələsinə baxılacaq.

Polşa Milli Təhlükəsizlik Bürosunun başçısının müşaviri Petr Naimskinin sözlərinə görə, bu, şirkətə artıq yanvarın sonuna kimi ekspertizanı sifariş etmək və 490 mln. dollar miqdarında olan Avropa vəsaitlərini almaq imkanı yaradacaq.

Qeyd edək ki, yanvarın 14-də Batumidə keçirilmiş konfrasda Tükmənistan, Qazaxıstan, Türkiyə, Bolqarıstan, Belarus və Rumıniya kimi ölkələr layihənin icrasında maraqlı olduğunu bildirib. Layihə Xəzər neftinin Slovakiya və Çexiyada yerləşən neft emalı zavodlarına çatdırılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR