Bank Of Baku

Azərbaycan payaxtında keyfiyyətsiz məhsul satan 26 yanacaqdoldurma məntəqəsi aşkarlanıb

Azərbaycan payaxtında keyfiyyətsiz məhsul satan 26 yanacaqdoldurma məntəqəsi aşkarlanıb
# 18 yanvar 2010 14:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2009-cu ildə Bakı şəhəri ərazisində yerləşən 45 yanacaqdoldurma məntəqəsində və 2 neft bazasında neft məhsullarının keyfiyyətinə dövlət nəzarəti həyata keçirib. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar nəticəsində 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın keyfiyyət göstəricilərinin standartların tələblərinə cavab vermədiyi və miqdarının normaya uyğun olmaması faktları aşkarlanıb. Bununla əlaqədar olaraq qanunvericiliyə müvafiq qaydada protokollar tərtib edilib və inzibati qaydada təqsirkar şəxslər cərimə olunublar. Hazırda araşdırmalar Azərbaycanın digər bölgələrində də aparılır.

Komitə tərəfindən hesabat ilində neft məhsullarının satışı ilə məşğul olan 230 müəssisəyə lisenziya verilməsi üçün təqdim olunmuş sənədlərin ekspertizası keçirilərək, müəssisənin metroloji təminatının və ölçmə vasitələrinin vəziyyətinin muvafiq normativ sənədlərin tələblərinə uyğunluğu barədə təsdiqedici sənəd hazırlanıb.

Komitədən o da bildirilib ki, hazırda EN-590-2004 və EN-228-2004 regional standartları əsasında “Etilsiz benzin” mövzuları üzrə standartların ilk redaksiya layihəsinin hazırlanması üzərində iş aparılır, həmçinin “K 29 markalı kompressor yağı” standartlarının I redaksiyada layihəsi hazırlanıb. “Dizel yanacağı” AZS layihəsi də H.Əliyev adına Neft Emalı Zavodu, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu mütəxəssislərinin irad və təklifləri nəzərə alınaraq yenidən işlənib. Layihənin II redaksiyası həmin təşkilatlarla razılaşdırılıb və qeydiyyat üçün təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR