Bank Of Baku

Türkmənistanın neft-qaz sənayesi nazirinin istefaya göndərilməsinin səbəbi açıqlanıb

Türkmənistanın neft-qaz sənayesi nazirinin istefaya göndərilməsinin səbəbi açıqlanıb
# 19 yanvar 2010 09:57 (UTC +04:00)
Bakı – APA-Economics. Türkmənistanın neft-qaz sənayesi naziri Oraznur Nurmıradovun istefaya göndərilməsinin səbəbi məlum olub.

APA-Economics”in xəbərinə görə, nazirin istefasına səbəb əcnəbi şirkətlərin sorğularını dövlət sirrini yaymaqda ittiham edilmək qorxusu ilə cavablandırmaması olub.

2009-cu ilin sonunda tenderdə qalib gələn xarici şirkətlər Cənubi Yolotan-Osman yatağının geoloji və texniki göstəriciləri barədə neft-qaz sənayesi nazirinə sorğu göndəriblər. Nazir üzərində məxfilik qrifi olan bu sənədləri açıqlamaqdan imtina edib. Nəticədə əcnəbilər prezident Qurbanqulu Berdımuhəmmədova 2009-cu ilin oktyabrında nazir təyin olunan Oraznur Nurmıradovdan şikayət ediblər.

Türkmənistanın neft-qaz sənayesi naziri yanvarın 15-də hökumətin genişləndirilmiş iclasında qeyri-qənaətbəxş fəaliyyətinə görə işdən uzaqlaşdırılıb. Nazirin səlahiyyətlərinin icrası müvəqqəti olaraq keçmiş nazir müavini Bayramgəldi Nedirova tapşırılıb.

Qeyd edək ki, əvvəlki neft və qaz naziri Annaqula Deryaev də qeyri-qənaətbəxş fəaliyyətinə görə işdən uzaqlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR