Bank Of Baku

Tacikistan dövlət enerji holdinqinin rəhbəri istefaya göndərilib

Tacikistan dövlət enerji holdinqinin rəhbəri istefaya göndərilib
# 19 yanvar 2010 13:03 (UTC +04:00)
Bakı – APA-Economics. Tacikistan dövlət enerji holdinqinin – “Barki Toçik”in (“Tacikistan Enerjisi”) rəhbəri istefaya göndərilib.

APA-Economics”in “Asiya Plyus”a istinadən məlumatına görə, Sənət Rəhimov bu vəzifədə düz bir il – 2009-cu ilin 19 yanvarından çalışıb. Bu vəzifədə o, Şərifxon Samiyevi əvəz edib.

Qeyd edək ki, hər il qış aylarında Tacikistan enerji problemi ilə üzləşir.

Holdinqin yeni rəhbəri vəzifəsinə Abdullo Yerov təyin olunub. Bu vaxtadək o, Tacikistan Prezident Aparatında sənaye və energetika şöbəsinin müdiri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR