Bank Of Baku

Azərbaycan paytaxtında mənzillərdə quraşdırılmış qaz sayğaclarına ümumi baxış keçirilib

Azərbaycan paytaxtında mənzillərdə quraşdırılmış qaz sayğaclarına ümumi baxış keçirilib
# 19 yanvar 2010 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyinin Bakı şəhər Qaz İstismarı İdarəsi 2009-cu ilin noyabr-dekabr ayları ərzində əhali abonentlərinin mənzillərində quraşdırılmış qaz sayğaclarına ümumi baxış keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Baxış nəticəsində 1 837 ədəd qaz sayğacının işləməməsi faktı aşkar olunub. Bu sayğacaların 1 772 ədədi təlimata uyğun olaraq rayon qaz istismar sahələri tərəfindən yenisi ilə əvəz edilib. Çixarılmış qaz sayğaclarından 1 168 ədədi «Azəriqaz» İB-nin Qazsazlama İdarəsində yoxlamadan keçirilib, 225 ədədinə müdaxilə rəyi verilib və həmin qaz sayğaclarından 11 ədədi abonentlərin vəsaiti hesabına dəyişdirilib. Bununla yanaşı, sayğaclara kənar müdaxilələrin qarşısını almaq məqsədi ilə Bakı şəhər Qaz İstismar İdarəsi üzrə 6 764 ədəd qaz sayğacının, o cümlədən Yasamal rayonunda 296, Nəsimi rayonunda 300, Səbail rayonunda 518, Binəqədi rayonunda 1352, Nizami rayonunda 152, Nərimanov rayonunda 47, Sabunçu rayonunda 2265, Qaradağ rayonunda 75, Əzizbəyov rayonunda 1145, Xətai rayonunda 94, Suraxanı rayonunda isə 434 ədəd qaz sayğacının yivli birləşmələrinə surğuc (plomb) vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR