Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri BƏƏ-nin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın sənaye və energetika naziri BƏƏ-nin xarici işlər naziri ilə görüşüb
# 19 yanvar 2010 15:18 (UTC +04:00)
Bakı. İbad Bağırov – APA. Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olan Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bu ölkənin xarici işlər naziri Ənvər Məhəmməd Qirqaş ilə görüşüb.

APA-nın BƏƏ mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran layihələr, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sektorunda əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin, iki nazir ERENA beynəlxalq enerji agentliyinin III iclasının yekunları, agentliyin fəaliyyəti və əldə etdiyi nailiyyətlər, bu agentliyə qoşulmaq imkanları və s. Aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR