Bank Of Baku

Azərbaycanda gələn il yeni iri elektrik stansiyası istifadəyə veriləcək

Azərbaycanda gələn il yeni iri elektrik stansiyası istifadəyə veriləcək
# 20 yanvar 2010 08:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanın Şirvan şəhərində inşa olunan «Cənub» elektrik stansiyası 2011-cü ildə istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

E.Pirverdiyevin sözlərinə görə, qaz turbinləri əsasında qurulan və 800 MVt gücündə olan bu elektrik stansiyasının tikintisinə artıq başlanılıb.

Bundan əlavə, Füzuli Su Elektrik Stansiyasının (SES) əsası qoyulub və tikinti işləri aparılır. Həmçinin, cari ildə müxtəlif bölgələrdə bir neçə kiçik SES-in əsasının qoyulması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR