Bank Of Baku

Azərbaycanın bütün bölgələrində alternativ enerjidən istifadə olunacaq

Azərbaycanın bütün bölgələrində alternativ enerjidən istifadə olunacaq
# 20 yanvar 2010 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələcəkdə Azərbaycanın bütün bölgələrində alternativ enerjidən istifadə olunacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, alternativ enerji sahəsində ilk növbədə Azərbaycanda istifadə olunmamış hidropotensialdan tam şəkildə istifadə edilməlidir. Buna misal olaraq E.Pirverdiyev dağ çayları üzərində olan kiçik elektrik stansiyaların qurulmasını gətirib: «Külək, günəş və biokütlə enerjisindən istifadə etməklə gələcəkdə Azərbaycanın bütün bölgələrində alternativ enerjidən istifadə olunacaq. Hazırda bu sahə ətraflı öyrənilir ki, artıq bunun üçün müəyyən vəsait də ayrılıb».

«Azərenerji» rəsmisi onu da qeyd edib ki, hazırda Azərbaycanda alternativ enerjidən az istifadə olunur və gələcəkdə bu sahənin inkişaf etdirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR