Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ötən il neft hasilatını 3% azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il neft hasilatını 3% azaldıb
# 20 yanvar 2010 12:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 9 063,19 min ton neft (qaz kondensatı ilə birgə) hasil edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

ARDNŞ-in neft hasilatı 2008-ci il ilə müqayisədə 3% azalıb.

Göstərilən hasilatdan 7 301,41 min tonu neft və qazçıxarma idarələri (1,5% azalma), 1 761,78 min tonu isə birgə layihələrdən ARDNŞ-in (9,1% azalma) payına düşüb. O cümlədən, bundan 249,36 min tonu əməliyyat şirkətləri, 1 373,15 min tonu «Azəri-Çıraq-Günəşli», 139,27 min tonu isə «Şahdəniz» layihəsi çərçivəsində hasil edilib.

Hesabat dövründə əməliyyat şirkətlərindən ARDNŞ-in payına düşən neftin həcmi 0,8%, «Azəri-Çıraq-Günəşli»dən 11,4%, «Şahdəniz» layihəsindən düşən neftin həcmi isə 5,2% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR