Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ötən il qaz hasilatını 12% azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il qaz hasilatını 12% azaldıb
# 20 yanvar 2010 13:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2009-cu ildə 7 327,89 mln. kubmetr qaz hasil edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlmat verilib.

Qaz hasilatı 2008-ci il ilə müqayisədə 12,4% azalıb.

Qaz hasilatının 6 801,62 mln. kubmetri neft və qazçıxarma idarələri (NQÇİ), 526,27 mln. kubmetri birgə layihələrdə ARDNŞ-in payı, 526,27 mln. kubmetri isə «Şahdəniz» layihəsində ARDNŞ-in payı təşkil edib. NQÇİ-lərdən hasil edilən qazın həcmi 12,4%, birgə layihlərdən və «Şahdəniz»dən ARDNŞ-in payı hər biri müvafiq olaraq 12,2% azalıb.

Qeyd edək ki, bunlardan əlavə olaraq ARDNŞ müştərək müəssisələrdən və əməliyyat şirkətlərindən 65 mln. kubmetr qaz qəbul edib. Hesabat ilində «Azəri-Çıraq-Günəşli» layihəsindən ARDNŞ-ə əvəzsiz olaraq 3 901,75 mln. kubmetr qaz verilib, «Şahdəniz» layihəsindən isə 747,38 mln. kubmetr qaz satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR