Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ötən il təbii qazın xaricə satış həcmini 26% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il təbii qazın xaricə satış həcmini 26% artırıb
# 20 yanvar 2010 14:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 9 925,18 mln. kubmetr qaz satılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

ARDNŞ tərəfindən qaz satışı 2008-ci illə müqayisədə 16,7% azalıb.

Bu həcmin 8 893,82 mln. kubmetri daxili bazarda, 1 031,36 mln. kubmetri isə xarici bazarda satılıb. Daxili bazarda satılan qazın həcmi 2008-ci illə müqayisədə 21,06% azalıb, xaricə satılmış qazın həcmində isə 25,9% artım olub.

Daxili bazarda «Azəriqaz» İB-yə 3 110,67 mln.kubmetr, «Azərenerji» ASC-yə 4 318,07 mln. kubmetr, əhaliyə 849,14 mln. kubmetr, sənaye müəssisələrinə 421,06 mln. kubmetr, kommunal-büdcə təşkilatlarına 53,89 mln. kubmetr, digərlərinə 140,99 mln. kubmetr qaz satılıb.

«Azəriqaz» İB-yə verilən qazın həcmi 2008-ci ilin göstəricisi ilə müqayisədə 86,8%, «Azərenerji» ASC-yə verilən qazın həcmi isə 14,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR