Bank Of Baku

Gürcüstan Azərbaycandan qazı 5 il müddətində 169 dollardan alacaq

Gürcüstan Azərbaycandan qazı 5 il müddətində 169 dollardan alacaq
# 20 yanvar 2010 23:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda enerji məsələləri üzrə ekspertlər hesab edirlər ki, ölkədə qaz satışı yenə də ucuzlaşacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Rezonansi” qəzeti yazıb.

Qəzetin yazdığına görə, 2010-cu ildə Gürcüstan pulsuz olaraq Azərbaycanın Şah-dəniz qaz yatağından 250 mln. kubmetr qaz alacaq və əlavə 300 mln. kubmetr qazı isə 57 dollardan əldə edəcək.

Məlumatda o da bildirilir ki, qazın Rusiyadan Ermənistana tranzit yolu ilə ötürülməsindən Gürcüstan 200 mln. kubmetr qaz alır. Gələn ildən qazın həcmi 500 mln. kubmetr olacaq. Bununla əlaqədar Gürcüstana çatacaq qazında həcmi artacaq.

Bunlara baxmayaraq ölkədə qaz tarifinin qiyməti sabit olaraq qalır.
Uzunmüddətli müqavilələrə əsasən qazın beynəlxalq qiyməti 250-300 dollar arasında dəyişir. Lakin buna baxmayaraq, Gürcüstan Azərbaycanla müqaviləyə əsasən qazı 169 dollara alacaq.

Enerji məsələləri üzrə ekspert David Ebralidzenin sözlərinə görə, enerji bazarı ölkədə bölünüb. “Bu sahədə sağlam rəqabət yoxdur və buna görə də əhaliyə qazın satış taarifi heç vaxt aşağı düşməyəcək”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Gürcüstanda ən gənc qaz şirkətlərindən biri “Sokar-Georgia-Qas” şirkətidir. Şirkətin direktorunun birinci müavini Anton Samsonidze APA-ya açıqlamasında bildirib ki, keçən il “Sokar-Georgia-Qas” şirkəti Gürcüstanda min kilometrdən çox qaz borusu çəkərək 50 mindən çox ailəni qazla təmin edib.

“Biz şərqdən qərbə kimi Gürcüstanın hər yerində, dəqiq desək 30 rayonunda çalışırıq. Bu il yenə də 10 milyondan çox investisiya qoymaqla daha 1000 km qaz boru xətti çəkəcəyik”, deyə şirkət rəsmisi qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR