Bank Of Baku

Gürcüstan Azərbaycan qazını yaxın 5 ildə 169 dollar/1000 kubmetr qiyməti ilə alacaq

Gürcüstan Azərbaycan qazını yaxın 5 ildə 169 dollar/1000 kubmetr qiyməti ilə alacaq
# 21 yanvar 2010 07:10 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın «Rezonansi» qəzeti yazıb. Qəzetin yazdığına görə, 2010-cu ildə Gürcüstan tranzit haqqı formasında Azərbaycanın «Şahdəniz» qaz yatağı hesabına 250 mln. kubmetr qaz əldə edəcək və əlavə olaraq 300 mln. kubmetr qazı isə 57 dollar qiyməti ilə alacaq.

Qəzetin yaydığı məlumata görə, qazın Rusiyadan Ermənistana tranzitindən Gürcüstan 200 mln. kubmetr qaz alır. Gələn ildən bu həcm 500 mln. kubmetrə çatacaq. Bu həcmlərin artmasına baxmayaraq, Gürcüstanda qazın satış tarifi sabit qalıb. Uzunmüddətli müqavilələrə əsasən, qazın beynəlxalq bazarlarda qiyməti 250-300 dollar/1000 kubmetr arasında dəyişsə də, Gürcüstan müqavilə əsasında Azərbaycandan qazı yaxın 5 ildə 169 dollara alacaq.

Enerji məsələləri üzrə ekspert David Ebralidzenin sözlərinə görə, daxili enerji bazarında sağlam rəqabət yoxdur və bu səbəbdən əhaliyə qazın satış tarifinin düşməsi gözlənilmir.

Gürcüstan qaz bazarının ən gənc iştirakçısı olan «SOCAR-Georgia Gas» şirkətinin direktor müavini Anton Samsonidze APA-ya açıqlamasında bildirib ki, keçən il şirkət Gürcüstanda 1 min km-dən çox qaz borusu çəkərək 50 mindən artıq ailəni qazla təmin edib: «Biz şərqdən qərbə kimi Gürcüstanın hər yerində, daha dəqiq 30 rayonunda çalışırıq. Bu il 10 mln. laridən çox investisiya yatırmaqla daha 1000 km qaz kəməri çəkəcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR