Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ötən il neft ixracını 42% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il neft ixracını 42% artırıb
# 21 yanvar 2010 07:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2009-cu ildə 3 240,36 min ton neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Ötən il dünya bazarlarında neftin qiymətinin düşməsinə baxmayaraq, ARDNŞ neft ixracını 42,06% artırıb.

Şirkət ötən il həmçinin emala 6 035,97 min ton neft verib ki, bu da 2008-ci ildə emala veriləndən 21,7% azdır.

Qeyd edək ki, 2009-cu ildə ARDNŞ tərəfindən qaz kondensantı ilə birlikdə 9 063,19 min ton neft hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR