Bank Of Baku

Asiya İnkişaf Bankının missiyası Azərbaycana gəlib

Asiya İnkişaf Bankının missiyası Azərbaycana gəlib
# 21 yanvar 2010 07:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Asiya İnkişaf Bankının (AİB) maliyyə missiyasının Azərbaycana səfəri başlayıb.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya Bankın maliyyə sektorunun aparıcı mütəxəssisi Martin Filip Endelman (Martin Phillip Endelman) və AİB-in zəmanət və sindikatlar üzrə baş mütəxəssisi Roland Pladet (Roland Pladet) daxildir. Bankın nümayəndələrinin səfərinin əsas məqsədi Şirvan şəhərində 800 MVt gücündə inşa olunan «Cənub» elektrik stansiyası ilə bağlı «Azərenerji» ASC ilə məsləhətləşmələrin aparılmasıdır. Səfər yanvarın 31-dək davam edəcək.

Xatırladaq ki, hazırda AİB Azərbaycanda həyata keçirilən «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması layihəsi»ni maliyyələşdirir. Layihənin ümumi dəyəri 240 mln. ABŞ dolları təşkil edir, vəsaitin 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayırıb. AİB-in krediti iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR