Bank Of Baku

Ötən il Sumqayıt Elektrik Stansiyasında 1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub

Ötən il Sumqayıt Elektrik Stansiyasında 1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub
# 21 yanvar 2010 09:15 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanın Sumqayıt şəhərində yerləşən 525 MVt gücə malik elektrik stansiyasında 300 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Stansiya Sumqayıt şəhərinin, eyni zamanda respublikanın elektrik enerjisi ilə təchizatının güclənməsində mühüm rol oynayıb.

Qeyd edək ki, 2009-cu ilin noyabr ayında istifadəyə verilmiş stansiyada istehsal olunan elektrik enerjisini şəbəkəyə ötürmək üçün hər birinin uzunluğu 6,5 km-ə çatan 220 kV-luq «Sənaye qovşağı» və «Yaşma» hava xətləri, həmçinin 110 kV-luq 7 elektrik xətti mövcuddur.

Qeyd edək ki, stansiyada ötən il 1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR