Azərbaycan Küveytdə keçirilən XIII Beynəlxalq Energetika Forumu və V Beynəlxalq Enerji Biznes-Forumunda iştirak edir
14 mart 2012 10:10 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Küveytdə XIII Beynəlxalq Energetika Forumu və V Beynəlxalq Enerji Biznes-Forumu keçirilir.
Azərbaycanın Küveytdəki səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün də davam edəcək tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev təmsil edir.
Forumda çıxış edən Omanın neft-qaz naziri Məhəmməd bin Həmid ər-Rumhi Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev tədbir çərçivəsində Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əs-Sabah və vəliəhd Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşüb. Bundan başqa, azərbaycanlı nazir Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger, OPEC-in baş katibi Abdullah Səlim əl-Bədri, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, eləcə də İtaliya, Bolqarıstan, İsveçrə, Fransa, Səudiyyə Ərəbistanı, Banqladeş və Küveytdən olan nazir həmkarları ilə görüşlər keçirib.
Daha sonra N.Əliyev Küveyt dövlət televiziyasına, “Bloomberg” telekanalına, “Reuters” və “Argus” agentliklərinə müsahibə verib.

Sənaye və energetika
Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
12:34
18 may 2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024