Bank Of Baku

İnvestisiya fondu BP-də iştirak payı alıb

İnvestisiya fondu BP-də iştirak payı alıb
# 10 fevral 2025 12:45 (UTC +04:00)

“Elliott Management” hedc fondu (investisiya fondu – red.) Böyük Britaniyanın BP şirkətində iştirak payı alıb və onun dəyərini artırmaq üçün neft-qaz şirkətində dəyişikliklərə təkan vermək niyyətindədir.

APA-Economics” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazır.

Qeyd olunur ki, təxminən 70 mlrd. dollarlıq aktivləri idarə edən “Elliott” Voll-Strit-in (Wall Street ) ən nüfuzlu investorlarından biridir.

Bildirilir ki, “Elliott”un BP-də hansı paya sahib olduğu hələlik məlum deyil.

Vurğulanır ki, investor BP-ni öz mövqeyini bərpa etmək üçün indiyədək atdığı addımlardan daha radikal addımlar atmağa çağırır.

BP-nin strategiyası son illərdə kəskin şəkildə dəyişib. Beş il əvvəl o, daha çox aşağı karbonlu enerji əməliyyatlarına diqqət yetirmək qərarına gəldi.

Xatırladaq ki, BP şirkəti Azərbaycanda iri neft-qaz layihələrinin əsas iştirakçılarından biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR