Bank Of Baku

Mikheil Khidureli: Azərbaycan qazı 16 ölkənin enerji təchizatında mühüm rol oynayır

Gürcüstanın İnvestisiya Agentliyinin İcraçı direktoru Mikheil Khidureli

© APA | Gürcüstanın İnvestisiya Agentliyinin İcraçı direktoru Mikheil Khidureli

# 25 sentyabr 2026 16:19 (UTC +04:00)

Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə çatdırılması ölkənin enerji resurslarının regional və qlobal əhəmiyyətini artırır.

APA xəbər verir ki, bunu Gürcüstanın İnvestisiya Agentliyinin İcraçı direktoru Mikheil Khidureli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycan qazı 16 ölkənin enerji təchizatında mühüm rol oynayır.

O qeyd edib ki, şirkətlərinin Azərbaycanda təbii qaz və kondensat yatağında pay əldə etməklə başlayan əməkdaşlığı sonradan genişlənib.

“Biz hesab edirik ki, infrastruktur regional resursları regional əməkdaşlıqla birləşdirən körpüdür. Şirkətimiz bir neçə həftə əvvəl Azərbaycanla daha bir sövdələşməni tamamlayıb və Cənub Qaz Dəhlizində iştirak payına sahib olub. Cənub Qaz Dəhlizi hasilat mərhələsindən başlayaraq Gürcüstan və Türkiyədən keçən boru kəməri sistemini və bir sıra Avropa ölkələrinə qaz tədarükünü əhatə edir. 26 milyard kubmetr illik tutuma malik və qazı 16 ölkəyə çatdıran bu dəhliz vasitəsilə Azərbaycan qazı həmin ölkələrin enerji təchizatında mühüm rol oynayır. 3 500 kilometrlik infrastruktur layihəsi Azərbaycanın region üçün strateji əhəmiyyətini də nümayiş etdirir. Azərbaycan müxtəlif regionlar arasında körpü rolunu oynayaraq böyük potensialın reallaşdırılmasına imkan yaradır”.

İcraçı direktor Xəzər dənizinin regionu ayıran deyil, ölkələri birləşdirən imkan kimi qiymətləndirildiyini bildirib: “Şirkətimiz Azərbaycanda fəaliyyətini genişləndirməklə yanaşı, Qazaxıstan, Özbəkistan və regionun digər ölkələrində də yeni imkanları araşdırır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR