"Muğanbank" nizamnamə kapitalını 50 mln. manata çatdırır

"Muğanbank" nizamnamə kapitalını 50 mln. manata çatdırır
# 10 iyun 2015 06:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Muğanbank” ASC-nin səhmlərinin əlavə emissiya prospekti qeydə alınıb.

APA-Economics”in məlumatına görə, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Məlumata əsasən, emissiyanın həcmi 4 694 200 manat, bir səhmin nominal dəyəri 200 manat təşkil edir.

Yerləşdirmədə anderrayter qismində "Texnika Kapital Menecment" ASC çıxış edəcək.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 10,36% artaraq 50 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR