“Aztelekom” Ağdaş telekommunikasiya qovşağının NGN texnologiyasına keçirilməsi ilə bağlı hazırlıq işləri aparır
15 iyul 2010 10:31 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi Ağdaş Telekommunikasiya Qovşağının NGN (New Generation Network) texnologiyası əsasında yenidən qurulması üzrə işlərə başlamağa hazırlaşır.
”Aztelekom”un marketinq şöbəsinin rəhbəri Etibar Bağırov “APA-Economics”ə bildirib ki, hazırda birlik Gəncə Telekommunikasiya Qovşağının NGN texnologiyasına keçirməklə yenidənqurulması və elektronlaşması üzrə işlər aparır.
Onun sözlərinə görə, bu istiqamətdə işlər bu ilin sonuna kimi başa çatdırılacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra NGN texnologiyası üzərindən istifadəçilərə İP-TV, video telefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətləri, o cümlədən çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər təqdim ediləcək.
Hazırda Azərbaycanın Sumqayıt şəhərində, Şamaxı və Abşeron rayonlarında rabitə NGN texnologiyasının tətbiqi vasitəsilə tamamilə elektronlaşdırılıb. E.Bağırov deyib ki, bu ilin sonunadək regional ATS-lərin elektronlaşma səviyyəsini 100%-ə çatdırmaq planlaşdırılır. Hazırda regionlar üzrə bu göstərici 80%-dən yuxarıdır.

İnfrastruktur
Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə başlanılıb - FOTO
10:40
13 may 2024
ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
17:03
10 may 2024
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:48
10 may 2024
AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO
14:49
10 may 2024