BP axan quyuya yeni qapaq qoyub

BP axan quyuya yeni qapaq qoyub
# 14 iyul 2010 00:40 (UTC +04:00)
Bakı-APA. BP şirkəti Meksika körfəzində dənizə neft axıdan quyu üzərinə yeni qapağın qoyulmasını uğurla başa vurub.
APA-nın bbc.com saytina verdiyi xəbərə görə, bu haqda şirkət rəsmiləri xəbər veriblər. Ümid edilir ki, yeni qapaq axmanı tam dayandıracaq.
Lakin BP xəbərdarlıq edib ki, indiyə kimi belə dərinlikdə qapaq sistemi heç zaman tətbiq edilməyib.
"Onun neft və qazı saxlaya biləcəyinə təminat yoxdur."
Şirkət həm də deyib ki, axmanın qarşısını birdəfəlik almağın yeganə yolu, hazırda yaxınlıqda qazılan iki quyudur.
Bu prosesin avqustun ortalarında bitiriləcəyi güman edilir.
Bu arada, Amerika hökuməti dərin sularda quyu qazılmasına yeni moratorium elan edib.
Bundan əvvəl moratoriumu qanunsuz elan etmiş Luiziana federal məhkəməsinin yeni qadağana necə yanaşacağı məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR