ABŞ səfiri: “Azərbaycanda yeni təhsil strategiyası istiqamətində fəaliyyətlərə dəstək verəcəyik”

ABŞ səfiri: “Azərbaycanda yeni təhsil strategiyası istiqamətində fəaliyyətlərə dəstək verəcəyik”
# 20 iyun 2014 08:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda təhsil naziri Mikayıl Cabbarov fasiləsiz olaraq Azərbaycan və Amerika arasında təhsil sahəsində mübadilələrin və qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün çalışır. APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında bildirib ki, bu işə qarşılıqlı dəstək və töhfə verilməsi çox önəmlidir: “ABŞ səfirliyi olaraq Azərbaycanda yeni təhsil strategiyası istiqamətindəki fəaliyyətlərə öz dəstəyimizi göstərəcəyimizə söz verir və öhdəlik götürürük. Hazırda Azərbaycan üçün təhsil sahəsindən daha önəmli bir sahə ola bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR