“PAŞA Həyat” Almatıda keçirilən beynəlxalq konfransda təmsil olunub

“PAŞA Həyat” Almatıda keçirilən beynəlxalq konfransda təmsil olunub
# 29 aprel 2014 13:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Həyat Sığorta” ASC-nin əməkdaşları Qazaxıstanın Almatı şəhərində keçirilən “Risklərin İdarəolunması üzrə X Beynəlxalq Konfrans”da iştirak edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, konfransda iştirakçı ölkələrin nümayəndələri tərəfindən risklərin idarə olunması, energetika, qlobal neft sektoru, sığorta və təkrarsığorta bazarının perspektivləri, Mərkəzi Asiyada maliyyə sabitliyi, Çin iqtisadiyyatının inkişaf perspektivləri və digər mövzularda müzakirə və fikir mübadiləsi aparılıb.

İyirmidən çox ölkədən 250-yə yaxın nümayəndənin qatıldığı konfransda Azərbaycandan 4 sığorta şirkəti iştirak edib. Tədbirdə “PAŞA Həyat Sığorta” ASC-ni risk üzrə menecerləri təmsil edib.

Qeyd edək ki, konfransa Rusiya, Özbəkistan, Belarus, Ukrayna, İngiltərə, ABŞ, Fransa, İsveçrə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Türkiyə və digər dövlətlərin nümayəndələri iştirakçı, eyni zamanda spiker qismində də qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR