Daxili Qoşunların Bərdədəki hərbi hissəsində xüsusi-taktiki təlim keçirilib - FOTO

Daxili Qoşunların Bərdədəki hərbi hissəsində xüsusi-taktiki təlim keçirilib - <span style="color: red;">FOTO
# 01 fevral 2014 10:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər nazirinin müavini - Daxili Qoşunların (DQ) komandanı, general-mayor Şahin Məmmədov fevralın 1-də qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində olub.

DQ-nin mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, 2014-cü ildə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə regionlarda həyata keçirilən sayca 4-cü səfərində komandan hərbi hissənin bütün xidmət sahələri, eləcə də şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təchizatı ilə yaxından tanış olub.

Hərbi hissə komandiri bütün xidmət sahələri və döyüş hazırlığının vəziyyəti, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji durumu barədə geniş məruzə edib. Qeyd olunub ki, yüksək döyüş qabiliyyətinə malik hərbi hissənin şəxsi heyətinin fiziki hazırlığı, sağlamlıq durumu, həmçinin mənəvi-psixoloji vəziyyəti tələb olunan səviyyədədir.

Sonra kəskin qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, hərbi hissədə real şəraitə uyğun xüsusi-taktiki təlim nümayiş etdirilib.

Təlimi izləyən DQ Komandanı şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşəkarlığını xüsusilə vurğulayıb, peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının vacibliyini önə çəkib.

O, həmçinin hərbi hissənin coğrafi-strateji mövqeyini vurğulayaraq, hərbi hissənin daim yüksək döyüş hazırlığına gətirilməsinin vacibliyini qeyd edib, diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

Ş. Məmmədov hərbi hissənin zabitləri, gizirləri və əsgər valideynləri ilə fərdi qaydada görüşüb, onların müraciətlərini dinləyib. Qaldırılan məsələlərin nəzarətdə saxlanılması, həlli mümkün olanların isə dərhal yerinə yetirilməsi istiqamətində müvafiq göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR