Filippin prezidenti: tayfun qurbanlarının sayı süni şəkildə artırılıb

Filippin prezidenti: tayfun qurbanlarının sayı süni şəkildə artırılıb
# 13 noyabr 2013 04:48 (UTC +04:00)

Bakı-APA. Filippin prezidenti Beniqno Akino bəyan edib ki, hakimiyyət “Hayan” tayfunu nəticəsində ölənlərin sayını müəyyən etməyə çalışır, lakin təbii fəlakət zamanı 10 min insanın öldüyü barədə yayılan ilkin xəbərlər həqiqətə uyğun deyil. Son hesablamalara görə, tayfun 2500 insanın həyatına son qoyub.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Beniqno Akino vurğulayıb ki, tayfunun miqyasını əvvəlcədən müəyyən etmək qeyri-mümkün olub və hakimiyyətin evakuasiya elan etməyəcəyi təqdirdə ölənlərin sayı xeyli çox ola bilərdi.

Prezident həmçinin bütün dünyanın Filippinə göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib.

BMT-nin hesablamalarına görə, “Hayan” tayfunu nəticəsində 11 mln. çox insan zərər çəkib, 700 minədək insan isə evlərini tərk etmək məcburiyyətində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR