Şabranda tövlə yanıb, 3 baş iribuynuzlu heyvan tələf olub

Şabranda tövlə yanıb, 3 baş iribuynuzlu heyvan tələf olub
# 13 fevral 2014 22:27 (UTC +04:00)

Bakı-APA. Şabranda yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlədə baş verib. Nəticədə, tövlənin dam örtüyü yanıb. Yanğın zamanı tövlədə olan 3 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR