Moldova Ombudsmanı Aureliya Qriqoriu yenidən Azərbaycana gəlir

 Moldova Ombudsmanı Aureliya Qriqoriu yenidən Azərbaycana gəlir
# 24 aprel 2014 12:37 (UTC +04:00)

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman aprelin 27-dən 30-dək Bakıda olacaq.

A. Qriqoriu Ermənistan parlamentində beynəlxalq konfrans zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini və Xocalıda soyqırım törətdiyini bəyan edib.

II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldovanı eyni zamanda bu ölkənin siyasi və dövlət xadimi, 1997-2001-ci illərdə ölkəyə rəhbərlik etmiş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini üzvü Petru Luçinski və Moldovanın sabiq Baş naziri Dimitru Braqiş (1999-2001) təmsil edəcəklər.

Forumda əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla 150-dən çox nüfuzlu ictimai, siyasi xadim, ekspert və elm adamlarının iştirakı nəzərdə tutulub.

Aprelin 27-30-da keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda münaqişələrin həlli, açıq cəmiyyətlər, qadınlara qarşı diskriminasiya, ətraf mühitin çirklənməsi və digər problemlərlə bağlı müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR