Vladimir Putin və Bəşər Əsəd arasında telefon danışığı olub

Vladimir Putin və Bəşər Əsəd arasında telefon danışığı olub
# 14 noyabr 2013 14:43 (UTC +04:00)

Bakı - APA. Rusiya prezidenti Vladimir Putin “Cenevrə-2” beynəlxalq konfransına hazırlıq və Suriyada kimyəvi silahların ləğvi məsələsini müzakirə etmək üçün Suriya prezidenti Bəşər Əsədlə telefon əlaqəsi saxlayıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Putin Bəşər Əsədin bu konfransa nümayəndə heyəti göndərməyə hazır olmasını müsbət qiymətləndirib.

Telefon danışığı zamanı Suriyada müxalif qüvvələrin əsas qruplarının konstruktiv yanaşma ortaya qoyacağına və konfransda iştirak edəcəyinə ümid ifadə olunub. Rusiya prezidenti kimyəvi silah ehtiyatlarının ləğvi üzrə Suriya hakimiyyətinin BMT missiyası ilə qarşılıqlı fəaliyyətindən razılığını bildirib. Tərəflər diqqəti daha çox Suriyadakı humanitar vəziyyətə yönəldiblər. V. Putin Suriyada ekstremistlərin məqsədli olaraq xristianlara və digər dini azlıqlara yönəlik hücumlarından narahatlığını ifadə edib.

Bəşər Əsəd isə Rusiya rəhbərliyinə Suriya xalqına verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, ikitərəfli əlaqələrin bundan sonra da inkişafında maraqlı olduqlarını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR