Minskdə “Gələcək naminə tərəfdaşlıq: qlobal dünyanın reallıqları” mövzusunda beynəlxalq mediaforum keçirilir - FOTO

Minskdə “Gələcək naminə tərəfdaşlıq: qlobal dünyanın reallıqları” mövzusunda beynəlxalq mediaforum keçirilir - <span style="color: red;">FOTO
# 09 iyun 2014 19:44 (UTC +04:00)

APA-nın məlumatına görə, Belarus İnformasiya Nazirliyi, Müttəfiq Dövlətin Daimi Komitəsi, MDB iştirakçısı-ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Belarus Jurnalistlər İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirə Belarusun Xarici İşlər və Müdafiə nazirlikləri, Rusiya Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi, MDB İcraiyyə Komitəsi, Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutu, “Ecoom” Analitik Mərkəzi, Minsk Şəhər İcraiyyə Komitəsi və Minsk Vilayət İcraiyyə Komitəsi dəstək verir.

Əvvəlcə Minsk Şəhər Ratuşasında “Minsk – Belarusun qəlbi” mövzusunda ekspert-sessiya keçirilib.

Sonra beynəlxalq tədbirin iştirakçıları Belarusun faşizmdən azad olunmasının 70 illiyi münasibətilə Minskin mərkəzindəki Qələbə meydanında ucaldılmış monumentin önünə əklil qoyublar.

Bunun ardınca “Fəth olunmamış Belarus” mövzusunda ekspert-sessiya olub.

Tədbir iştirakçıları daha sonra “Stalin xətti” mədəni-tarixi kompleksi ilə yaxından tanış olublar.

Mediaforumun plenar iclası isə sabah keçiriləcək.

Təntənəli açılış mərasimindən sonra tədbir panellərlə davam etdiriləcək.

Tədbir iştirakçıları “XXI əsrin çağırışları və təhlükələri. Münaqişələrin və müharibələrin qarşısının alınmasında beynəlxalq ictimaiyyətin rolu”, “Suverenlik və inteqrasiya. Avrasiya İqtisadi Birliyi yeni dünyanın qurulmasında platforma kimi” və “Qlobal kommunikasiyalar çoxqütblü dünya kontekstində” panellərində fikir mübadiləsi aparacaqlar.

Sonda medaiforumun Qətnaməsi qəbul olunacaq.

Tədbirdə "APA Holdinq"in Direktorlar Şurasının rəhbəri Nurşən Quliyev də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR