Rusiyada “MiQ-31” hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiyada “MiQ-31” hərbi təyyarəsi qəzaya uğrayıb
# 14 dekabr 2013 07:34 (UTC +04:00)

Bakı – APA. Rusiya Federasiyasının Primorye diyarında “MiQ-31” hərbi təyyarəsi qəzaya uğrayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə dekabrın 14-də Moskva vaxtı ilə saat 06.00 radələrində baş verib.

“Kneviçi” aerodromundan qalxan “MiQ-31” Vladivostok yaxınlığındakı aviabazanın 26 kilometrliyində, Nadejdinskoye rayonu ərazisində qəzaya uğrayıb. Yerli hakimiyyətdən bildiriblər ki, pilotlar təyyarəni yaxınlıqdakı qəsəbədən uzaqlaşdıra biliblər və təyyarə tayqa meşəsinə düşüb. Pilotlar uğurla katapult edə biliblər, onlar sağ-salamat Olenovod qəsəbəsi ətrafına eniblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR