Saatlı rayonunda baş verən partlayışda yaralanan şəxs bir həftə sonra xəstəxanada ölüb

Saatlı rayonunda baş verən partlayışda yaralanan şəxs bir həftə sonra xəstəxanada ölüb
# 30 noyabr 2013 10:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bir həftə əvvəl Saatlı rayonunda baş verən partlayışda yaralanan şəxs xəstəxanada ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 23-də saat 07.00 radələrində Saatlı rayonu Sabir küçəsi ev 15-də yaşayan Salman Nəsirovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə evin pəncərə şüşələri sınıb, oradakı əşyalar yanıb

Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən S. Nəsirov orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR