Bakıda çürümüş halda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub

Bakıda çürümüş halda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub
# 30 may 2014 08:47 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 26-da Goradil bağlar massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eldar Müseyib oğlu Hüseynov onunla bir yerdə fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rusiya Federasiyanın vətəndaşı, qaçqın kimi Azərbaycanda yaşayan Xaron Şamiyevə ürəyindən bıçaq zərbəsi yetirərək qətlə yetirib.

E. Hüseynov sonra X. Şəmiyevin meyitini hadisəni törətdiyi yerdə basdırıb.

Hadisəni törədən E. Hüseynov tutulub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Polisdən hər iki şəxsin tüfeyli həyat tərzi keçirdikləri bildirilib.

Qeyd edək ki, mayın 28-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Goradil bağlar massivindən torpağa basdırılan kişi meyiti tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR