Ceyms Appaturay: “Azlıqların müdafiəsi NATO-nun müttəfiq ölkələri üçün vacib dəyərdir”

Ceyms Appaturay: “Azlıqların müdafiəsi NATO-nun müttəfiq ölkələri üçün vacib dəyərdir”
# 02 may 2014 00:37 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “Azlıqların müdafiəsi NATO-nun müttəfiq ölkələri üçün vacib dəyərdir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə mayın 1-də Gürcüstanda səfərdə olan NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay jurnalistlərə açıqlamasında bildirib.

C. Appaturay Gürcüstan parlamentinin müzakirə etdiyi antidiskriminasiya paketinə də münasibət bildirib: “Bu sahədə iki mövqe var; Gürcüstan ölkə ictimaiyyətinin və hüquqi çərçivədə Gürcüstanın tələblərinə cavab verən qanun qəbul edir. Biz belə məsələlərə müdaxilə etmək istəmirik. NATO-ya üzv ölkələrin münasibətlərində də bunu etmirik. Lakin azlıqların müdafiəsi NATO-nun müttəfiq ölkələri üçün dəyərli bir öhdəlikdir. Azlıqlar hansı azlıq, yaxud məşhur və az məşhur azlıq olmasından asılı olmayaraq müdafiə olunmalıdır. Bu, o dəyərlərdir ki, biz ona yüksək qiymət veririk. Ümumiyyətlə, NATO və müttəfiqləri alyansa daxil olmağa cəhd edən ölkələrin azlıqların müdafiəsi üçün addımlar atmağını görmək istəyirlər,” C. Appaturay bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR